Çində mədəndə partlayış: 9 ölü

Çində mədəndə partlayış: 9 ölü
13:18 25 Mart 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Çində mədənlərdən birində dəhşətli partlayış olub.

Publika.az "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, Çinin Guanqdonq şəhərində 7 nömrəli mədəndə partlayış baş verib.

İlkin məlumata görə, hadisə zamanı 9 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölkədə son dövrlərdə mədən qəzalarının sayının artdığı bildirilir.

Rəsmi məlumata görə, hazırda partlayışdan sonra dağıntılar altında qalan onlarla insanın axtarışları davam edir.

Hadisə ilə bağlı hökumət istintaq başladıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR