Ömrünüzü uzatmaq üçün bundan istifadə edin

Yapon elm adamları qocalmağın qarşısını almağın üsulunu tapıblar.

Metbuat.az məlumat verir ki, onlar həmişə cavan və sağlam qalmaq üçün insanlara bol zeytun və əncir yeməyi məsləhət görüblər. Bu iki nemət hüceyrələri yeniləmək gücünə malikdir.

Əncirin faydaları saymaqla bitmir. Astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından istifadə edilir. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul edirlər, tər-tər yarpaqları isə çibanların üzərinə qoyurlar. Cavan budaqlardan dərilmiş yarpaqların həlimi sinqaya qarşı bir vasitə kimi istifadə olunur.

Zeytunun isə həm meyvəsi, həm də yağı olduqca faydalıdır. Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 - 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR