Dünyanın ən sürətli polis avtomobili seçildi - FOTO

Dünyanın ən sürətli polis avtomobili seçildi - FOTO
13:37 25 Mart 2017
176 Maraqlı
Ölkə mətbuatı
A- A+

Almaniyanın Volkswagen avtokonserninə məxsus Bugatti Automobiles S.A.S. (Fransa) şirkətinin istehsalı olan Bugatti Veyron hazırda dünyanın ən sürətli polis avtomobilidir.

Milli.Az ABC-yə istinadən bildirir ki, bu avtomobil Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin polis xidmətinin istifadəsindədir.

Dubay polisinin Bugatti Veyron avtmoobili 407 km/saat sürətə malikdir.

Dubayda polisinin ikinci ən sürətli avtomobili isə Lamborghini Gallardo LP560-4-dür.

Ümumiyyətlə, Dubay polisi 14 xüsusi süperlüks avtomobilə malikdir ki, onların arasında eksklüziv seriyalı Aston Martin One-77, Lamborghini Aventador və Ferrari FF də var.

BƏƏ-nin hakimiyyət dairələri Dubay polisinin imcini yüksəltmək üçün 2013-cü ildə bu avtomobilləri asayiş keşikçilərinə verib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/528886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR