Dünya buzovnalı bu babadan danışır

Sosial şəbəkələrdə tonqal ətrafında “Papito Chocolate” mahnısı sədaları altında rəqs edən qocanın videosu populyarlıq qazanıb.

Video Bakının Buzovna qəsəbəsində lentə alınıb.

Ətrafdakı insanların alqışları altında rəqs edən yaşlı kişini sosial şəbəkədə də dəstəkəlyiblər.

Sosial şəbəkə istifadəçiləri “buzovnalı babanı” “Instagram”ın fenomeni italiyalı milyonçu Canluki Vakki ilə müqayisə ediblər.

Xatırladaq ki, C.Vakki gənc qızlarla özünəməxsus rəqsləri ilə internetdə populyarlıq qazanmışdır. //Oxu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR