Modapərəstlərin çox sevdiyi orijinal yaz trendi - FOTOLAR

Modapərəstlərin çox sevdiyi orijinal yaz trendi - FOTOLAR
15:03 25 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bir vaxtlar dəbdə olan əksər geyimlərə bu gün yenidən mövcud olması üçün ikinci şans verilir. Buraya şəffaf ayaqqabıları, bir də 90-cı illərin ən mənfur və qayğısız aksessuarını - tor kolqotqaları daxil etmək olar.

Publika.az-ın dəb bölməsi tor kolqotqaların qarderobumuzdakı hansı əşyalarla dostluq etdiyini, hansılarla yola getmədiyini açıqlayıb.

Dabanı açıq ayaqqabılar

2017-ci ilin yaz-yay mövsümünün əsas tendensiyalardan biri də arxası açıq olan ayaqqabılardır. Bu il belə ayaqqabıları hər tərzlə istifadə etməyə dəyər. Onlar kolqotqaların müşayiəti olmadan daha yaxşı görünür, lakin kiçik torlu corablar tamamilə caizdir.

Botilon (yarımçəkmə)

İstənilən hündürlükdə, istənilən rəngli çəkmələri tor kolqotqalarla birləşdirmək olmaz. Bu əşyalar müxtəlif dünyalara aiddir və heç bir halda bir obrazda istifadə edilməli deyil. Deyəsən, bu, yeganə qadağadır və burada istisnalar yoxdur. Çəkmələrin əvəzində siz qalın dabanlı botilonları cəsarətlə geyə bilərsiniz.

Cins və qayıqvari ayaqqabıların vəhdəti

Əgər 90-cı illərdə tor kolqotqalar qranj (səliqəsiz, dağınıq və heç bir qaydaya əməl olunmayan) üslubu ilə assosiasiya olunurdusa, müasir dəb onları klassika ilə uzlaşdırmağa icazə verir.

Məsələn, sözügedən torlu aksessuarla qayıqvari ayaqqabıların vəhdətinə söz ola bilməz. Sadəcə, bir məqamı yadda saxlayın ki, ultraqısa paltar əvəzinə, balağı qısaldılmış cins şalvar seçmək daha yaxşıdır. Yeri gəlmişkən burda kolqotqaları corabla əvəz etmək yolveriləndir. Bu isə sizdən ustalıq və fantaziya tələb edir. Bu fənni dgər ayaqqabılarla da görməyə dəyər: lofer, krosovka, ked və s.

Platforma ayaqqabılar

Mini uzunluqda ətəkləri və paltarları tor kolqotkalarla birləşdirmək mümkündür və lazımdır, amma bəzi qaydaları yadda saxlamaq lazımdır: klassik dikdabanlar haqqında unudun, belə olan halda dərin dekolte ilə tor kolqotqaların dueti qadağandır, nazik parçalar istisna edilmir. Əlbəttə ki, hündürdaban ayaqqabı seçmək olar (götürək elə botilonları), lakin altı düz variantı seçmək daha yaxşıdır. Əgər altıdüz model geyinmək istəmirsinizsə, ən azı platforma tapmağa çalışın.

Bəbir və tor

Qısa yubka, bəbir printi və tor kolqotqanın birləşməsi qulaqda çox qarışıq səslə bilər. Belə mürəkkəb əşyalar seçəndə 100 dəfə düşünmək lazımdır. Əgər obrazı ağ köynək, ciddi pencək və çox hündür olmayan ayaqqabı kimi sakit elementlərlə tamamlasanız, onda bu cür kombinin yaşamağa tam hüququ var.

Loferlər

Müəyyən mənada tor kolqotqalar hətta klassik qara modeli əvəz edib. Müasir modapərəstlər onları qısaldılmış cinslərlə və ciddi loferlərlə sintez edir. Və heç də pis alınmır.

İdman tərzi

Həcmli paltarların, krosovkaların, idman papaqlarının və s. bu kimi əşyaların tor kalqotqalarla birləşməsi qəbulolunanadır. Belə tərzlər 90-cı illərin qranj üslubunu xatırladır, bununla yanaşı çox orijinal və müasir görünürlər.

Rəngbərəng və parıltılı ayaqqabılar

Böyük torlar uğurlu seçim deyil. Biz balıq şəbəkəsini xatırladan kolqotqalardan yan keçməyi tövsiyyə edərdik. Ancaq onları almısınızsa, heç bir halda qısa yubkalar və donlarla geyinməyin. Obrazı maksimum sadə, neytral elementlərlə tamamlayın və bütün diqqəti ayaqqabıya yönəldin. Məsələn, parlaq bolitonlar yerinə düşər.

Bundan başqa tor corablar və kolqotqalar şəffaf botilonlar, həmçinin bosonojkalarla əla qalır.

Onu da qeyd etmək lazımdır ki, bu gün tor şəkli bütün adi formatdan çıxıb və moda evləri xanımlar üçün ən qəribə formalarını hazırlayır: balıq şanları, romblar, dairələr, rəsm və digər naxışlar. Yəni, seçim şansınız boldur.

Aytən








































Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/192471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR