ABŞ ordusuna məxsus təyyarə təcili eniş etdi

ABŞ Hava Qüvvələrinə məxsus təyyarə İndoneziyayanın qərbindəki Açe əyalətinə təcili qəza enişi edib.

Metbuat.az bildirir ki, "Boeing 707" tipli təyyarədə yaranan texniki nasazlıq səbəbindən onun yanacağı partlama riskinə görə havadaca boşaldılıb. 20 nəfərlik şəxsi heyəti olan təyyarənin Yaponiyadakı hərbi bazaya getmək üçün Hind okeanındakı Dieqo Qarsiya adasından havaya qaldırıldığı deyilir.

Hava limanında yarana biləcək probləmlərə görə təhlükəsizlik tədbirləri gücləndirilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR