Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"

Ərdoğan: "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"
16:47 25 Mart 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

CHP lideri Kamal Kılıçdaroğlu prezident sarayında keçiriləcək Liderlər Sammitinə gəlməyəcəyini deyirdi, amma quzu kimi gəldi. 

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Antalya şəhər bələdiyyəsinin yeni inzibati binasının açılışı mərasimində bildirib.

"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya şəhər bələdiyyəsinin binasını - red.) qoruya bilmədikləri kimi... Məlum zat "ora getməyəcəm" demişdi, amma sonradan quzu kimi gəldi. Mən gələcəklərini bilirdim. Bunlar bir sözünün üstündə durmur. Axşam başqa şey deyirlər, səhər başqa şey", - deyə prezident bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR