"Azərbaycandan üç xal almaq asan olmayacaq"

"Azərbaycandan üç xal almaq asan olmayacaq"
16:57 25 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Yığmanın heyətində ilk rəsmi oyunum 2011-ci ildə məhz Azərbaycana qarşı olub. Həmin vaxtdan bəri Bakıda bir çox dəyişiklik diqqətimi çəkdi.

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, bunu Almaniya yığmasının müdafiəçisi Benedikt Hövedes deyib.

Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizin qonağı olacaq.

2011-ci il noyabrın 7-də Almaniyanın heyətində Bakıdakı qarşılaşmada ilk dəfə 90 dəqiqə mübarizə aparan Hövedes 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan yığmasının həmin vaxtkı heyəti ilə indikini müqayisə edib.

O bildirib ki, Azərbaycan yığması oyun baxımından çox inkişaf edib: "Rəqibimizin qrupda ilk "üçlük"də qərarlaşması onların gücündən xəbər verir. Oyunlarına nəzər saldıqda Azərbaycan yığmasının "artırdığı" görünür. Düzdü, uzun yol gəlmişik və yorğunluq var. Ancaq bu kimi amillər bizim üçün səbəb olmamalıdı. Sabahkı qarşılaşmada tək istəyimiz aktivimizə növbəti 3 xalı yazdırmaq olacaq. Ancaq bunun asan başa gəlməyəcəyini düşünürəm".

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR