Küçəyə atılan 5 nəfərlik ailə qarderob evdə yaşayır - FOTO/VİDEO

Küçəyə atılan 5 nəfərlik ailə qarderob evdə yaşayır - FOTO/VİDEO
17:53 25 Mart 2017
167 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan ailə ev kirəsini verə bilmədiyi üçün küçələrdə qalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tullantı materiallarını toplayaraq dolanan ailəni 3 ildir qaldıqları evdən çıxarılıblar. Ev sahibi yığılmış 1500 lirə kirə haqqını və kommunal xidmətlərin pulunu ödəyə bilmədikləri üçün 5-12 yaşında 3 uşaqlı ailəni evdən çıxarıb.

Hadisə Türkiyənin Şanlıurfa şəhərində baş verib. 48 yaşlı Veysi Xurma ev sahibi tərəfindən evdən çıxarılandan sonra istifadə etdikləri qarderobu 2 kvadratmetrlik təkgözlü evə çevirib. Altına da 4 təkər taxan Veysi Xurma, həyat yoldaşı və 5-12 yaşlarındakı 3 uşağı ilə bu "ev"də yaşamağa başlayıb.

Səyyar evdə yaşamağa başlayan ailə ehtiyacları olduğu əşyaları götürüb, geri qalanını isə küçəyə atıb.

Könül Cəfərli



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR