Yoahim Löv: "Bakıya 3 xal dalınca gəlmişik"

Yoahim Löv: "Bakıya 3 xal dalınca gəlmişik"
18:04 25 Mart 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

"Məqsəd aydındı. Bura 3 xal qazanmaq üçün gəlmişik". Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

 

Dünən ölkəmizə səfər edən Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizlə üz-üzə gələcək.

 

Bu gün təşkil edilən mətbuat konfransında Löv fikrini bu sözlərlə davam etdirib: "Əsas hədəfimiz odur ki, yaya kimi bütün oyunlardan 3 xalla ayrılaq. Qarşıda bizi San-Marino ilə oyun gözləyir. Həmin matçda da qələbədən başqa heç bir nəticə ilə razılaşa bilmərik. Bura gəlmək üçün uzun yol qət etmişik. Ancaq bu, bəhanə ola bilməz. Bir neçə oyunçunun zədəsi var idi. Ancaq hazırda bütün futbolçular meydana çıxmağa tam hazırdılar. Yalnız Məsut Özillə bağlı məsələ hələ tam aydın deyil. Mark Andre Ter-Ştegen İngiltərə ilə matçda yaxşı təsir bağışladı. Ancaq sabah qapıda kimə şans verəcəyim hələ bəlli deyil. Məşqdən sonra müzakirə edib, qərar verəcəyik. Andre Şürrlenin klubunda oynamaması heç də yaxşı hal deyil. O, özünü məşqlərdə yaxşı tərəfdən göstərir. Klubunda mütəmadi olaraq şans qazanmayan başqa oyunçular da var. Məsələn, Kimmix. Ancaq buna görə onları kənarda saxlamaq olmaz".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR