"Azərbaycan ciddi rəqibdir"

"Azərbaycan ciddi rəqibdir"
18:05 25 Mart 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Özümüzü çox güclü və rəqibi zəif hesab etmək bizə başucalığı gətirməz.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Almaniya yığmasının hücumçusu Tomas Müller deyib.

Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşma ilə bağlı Almaniya mətbuatına danışan Müller komandamıza hörmətlə yanaşdıqlarını bildirib.
 
Ulduz futbolçu məqsədlərinin seçmə mərhələdə itkisiz yollarına davam etmək olduğunu vurğulayıb: "Futbolda inkişaf edən komandalara qarşı diqqətli olmaq və onlara hörmət etmək məcburiyyətindəsən. Bizim son dünya çempionu olmağımız hər şeyin bitdiyi anlamına gəlməməlidi. İndi qələbəni adla deyil, meydandakı oyununla qazanırsan. Biz hər görüşdə olduğu kimi, Azərbaycana da ciddi rəqib gözü ilə baxırıq. Məsuliyyətimizi dərk edirik və Almaniyaya növbəti qələbə ilə qayıtmaq əzmindəyik".
 
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu saat 21:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR