Yeni bulud növləri tapıldı

Yeni bulud növləri tapıldı
19:18 25 Mart 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər yeni bulud növləri aşkar ediblər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni buludlar topa və ya səpələnmiş halda deyil, dəniz dalğaları kimidir. Əslində, bu dalğa buludların mövcudluğundan mütəxəssislər uzun zamandır ki, xəbərdar idilər. Lakin rəsmi olaraq təsdiqini tapmamışdı. Son illərdə aparılan müşahidələrdən sonra dalğavari buludlar digər mövcud 12 bulud növü sırasına daxil edilib.

Bu buludların mövcudluğu barədə isə ilk dəfə ABŞ sakini 2006-cı ildə xəbər tutub. O, Ayova ştatında təsadüfən şəkil çəkərkən bu buludları aşkar edib və əlaqədar yerlərə müraciət edib.

Bundan başqa daha bir bulud növü alimlərin diqqətindən qaçmayıb. Bu, boru şəklində yalnız üfüq istiqamətində yayılan buluddur. Hələlik isə bu bulud növünün daimi, yoxsa təyyarə uçuşundan sonra və ya atmosfer dəyişikliyi vasitəsilə yaranıb-yaranmadığı müəyyənləşdirilir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/192467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR