DİN Bakının “Sahil” bağında törədilmiş qanlı hadisə ilə bağlı rəsmi məlumat yayıb

DİN Bakının “Sahil” bağında törədilmiş qanlı hadisə ilə bağlı rəsmi məlumat yayıb
13:28 7 Yanvar 2015
238 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakının “Sahil” bağında naməlum şəxs bıçaqla bir nəfəri öldürüb və digərinə isə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR