Arıqlamaq üçün sağlamlığınızdan olmayın

Arıqlamaq üçün sağlamlığınızdan olmayın
21:22 25 Mart 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəziləri rahatlığına və asanlığına görə əməliyyatlara,bəziləri isə dieta ilə arıqlamağa üstünlük verirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son dövrlər dietlə arıqlamağa yox, insanlar əməliyyat olunaraq, daha dəqiq desək, mədələrini kiçildərək artıq çəkilərindən qurtulmağa çalışırlar. Həkimlərin sözlərinə görə, bu əməliyyata üstünlük verənlərin sayı artıb. Lakin bəzi məqamlara diqqət etmək lazımdır.
Dietoloqların sözlərinə görə, artıq çəki yeyərək yavaş-yavaş yığıldığı kimi, onu verməkdə sürətli şəkildə yox, məhz yavaş- yavaş bir dövrü əhəta etməlidir.Əgər bu hansısa əməliyyatla sürətli şəkildə baş verərsə, bu, insan orqanizminə mənfi təsir edə bilər.
Həkimlərin sözlərinə görə, əməliyyata ancaq bədənlərinin kütlə indeksi 35-40-dan yuxarı olan və çəkiləri 120-150 kq-dan yuxarı olan insanlar muracıət etməlıdır.
Hətta düzgün tətbiq edilməyən əməliyyatdan sonra da insanın özündə bır sıra mənfi dəyişikliklər baş verməyə başlayır.
Dıetoloqlar 3 saatlıq əməliyyatla arıqlamaqdansa, düzgün qidalanmağı məsləhət görürlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR