Addımbaaddım: müvazinəti yaxşılaşdırmağın 12 yolu

Addımbaaddım: müvazinəti yaxşılaşdırmağın 12 yolu
22:37 25 Mart 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Müvazinəti saxlamağın təbii olduğunu və heç bir səy tələb etmədiyini düşünə bilərsiniz.

Lakin, həqiqət budur ki, yaxşı balansı qorumaq üçün möhkəm əzələlər, güc və çeviklik tələb olunur.

Milli.Az BBC-yə istinadən dik qamətə malik olmaq üçün bədəninizin hansı hissələrini inkişaf etdirmək lazım gəldiyini göstərən məşğələlər təqdim edir.

Əgər hər hansısa xəstəliyiniz varsa və ya uzun müddət idmanla məşğul olamamısınızsa, məşğələləri etməmişdən öncə həkiminizlə məsləhətləşin.

Pozaların hansındasa dəstəyə ehtiyac duysanız, stuldan istifadə edə bilərsiniz.

MƏŞĞƏLƏ 1

Mujer mostrando cómo hacer ciertos ejercicios

Diz bükmələri

  • Ayaqlarınızı bərabər saxlayın və qollarınızı rahat formada aşağı salladın
  • Arxanızı dala itələyərək dizlərinizi bükün
  • Dabanlarınızı döşəmədən ayırmayın
  • Dizlər bərabər qalmalıdır
  • Hərəkəti 10 dəfə təkrarlayın

MƏŞĞƏLƏ 2

Mujer mostrando cómo hacer ciertos ejercicios

Barmaq ucunda gəzmə

  • Dabanlarınızı qaldırın
  • Gücü baş barmaqlarınızın üzərinə salın
  • 10 addım yeriyin
  • Astadan dönün və hərəkəti təkrarlayın

MƏŞĞƏLƏ 3

Mujer mostrando cómo hacer ciertos ejercicios

Daban və baş barmaq pozası

  • Bir ayağınızı digərinin qarşısına qoyun
  • Balansınızı o vəziyyətdə 10 saniyə saxlayın
  • Sonra isə digər ayağınızı irəli qoyun

MƏŞĞƏLƏ 4

Daban və baş barmaqla gəzmə

  • Əvvəlki məşğələni təkrarlayaq 10 addım yeriyin
  • Ayaqlarınızı bir-birinin yanına qoymağı unutmayın

MƏŞĞƏLƏ 5

Mujer mostrando cómo hacer ciertos ejercicios

Bir ayaq üzərində dayanma

  • Dik vəziyyətdə dayanın
  • Dəstək kimi dayanan qıçın dizi bərk sıxılmalıdır
  • Digər dizi qatlayın və bir neçə santimetr yuxarı qaldırın
  • Bu vəziyyətdə 10 saniyə dayanın
  • Sonra isə digər qıçınızı qaldırın

MƏŞĞƏLƏ 6

Mujer mostrando cómo hacer ciertos ejercicios

Üzü irəli duruş

  • Qıçlarınızı düz saxlayın və dizlərinizi bükməyin
  • Bir tərəfə 10 addım yeriyin və hər addımdan sonra ayaqlarınızı birləşdirin
  • Hərəkəti əks istiqamətdə təkrarlayın

MƏŞĞƏLƏ 7

Mujer mostrando cómo hacer ciertos ejercicios

Daban üzərində yerimə

  • Ayaq barmaqlarınızı qaldırın
  • Qıçlarınızı düz saxlayın və dizlərinizi bükməyin
  • Qarşıya baxın
  • On addım irəliləyin və yenidən geri qayıdın

MƏŞĞƏLƏ 8

Mujer mostrando cómo hacer ciertos ejercicios

Tərpənmədən oturma

  • Gövdəniz dik şəkildə oturun
  • Stulun söykənəcəyindən azca irəli formada
  • Astadan ayağa qalxın və düz dayanın
  • 10 dəfə təkrarlayın
  • Əgər köməyə ehtiyac duysanız, əllərinizi stula qoyun

MƏŞĞƏLƏ 9

Mujer mostrando cómo hacer ciertos ejercicios

Arxaya yerimə

  • Qamətiniz dik vəziyyətdə irəli doğru dayanın
  • 10 addım arxaya yeriyin
  • Əvvəl ayaq barmaqlarınız, sonra isə dabanlarınızı yerə basmağı unutmayın
  • Fırlanın və hərəkəti əks istiqamətdə təkrarlayın

MƏŞĞƏLƏ 10

Arxaya doğru daban və barmaq üzərində yerimə

  • Əvvəlki hərəkəti təkrarlayın, lakin, bu dəfə bir ayağı digərinin arxasına möhkəm şəkildə qoyaraq

MƏŞĞƏLƏ 11

Mujer mostrando cómo hacer ciertos ejercicios

Büzməli yerimə

  • Bədəninizi 8 formasında fırladaraq yeriyin (şəkildəki kimi iki stuldan istifadə edərək ətraflarında gəzə bilərsiniz)
  • Dik qalın
  • İki dəfə təkrarlayın

MƏŞĞƏLƏ 12

Mujer mostrando cómo hacer ciertos ejercicios

Pilləkənləri qalxma

  • Güc düşən ayağınızı pillənin üzərinə birinci qoyun
  • Hər pilləni qalxdıqca ayaqlarınızı yanbayan saxlayın
  • Hər pillədə istirahət edin
  • Çevrilib hərəkəti aşağı düşərək təkrarlayın
  • Bu dəfə isə zəif ayağınızı irəli qoyun
  • Hərəkəti 5 dəfə təkrarlayın
  • Ehtiyac yaranarsa, məhəccərdən tutun

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR