Romada 120-dən çox etirazçı saxlanıldı

Romada 120-dən çox etirazçı saxlanıldı
22:49 25 Mart 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya polisi Romada keçirilən etiraz aksiyasının 122 iştirakçısını saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının sammitinin keçirildiyi Romada Aİ əleyhdarları və tərəfdarları şəhərin müxtəlif yerlərində altı irimiqyaslı aksiya təşkil ediblər. Aksiyalara ümumilikdə 25 minədək iştirakçı qatılıb.     

 

Radikal fəalların da qatıldığı aksiyalar zamanı iğtişaşların qarşısının alınması məqsədilə 122 şəxs saxlanılıb.   

 

Hazırda aksiyalar dinc şəraitdə davam edir, iğtişaşlar barədə məlumat verilmir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR