Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi

Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
22:52 25 Mart 2017
182 Maraqlı
Ölkə mətbuatı
A- A+

Keçən həftə haqqında saysız əfsanələr gəzən, Rokfellerlər ailəsinin ən yaşlı nümayəndəsi Devid Rokfeller 101 yaşında vəfat etdi.

Rokfellerlər ailəsinin yüz illərdir davam edən biznes imperiyasının böyüməsinə bir çox şübhəli məqamların olması, siyasətə təsiri onlar barədə çox sayda fakta söykənməyən iddiaların da ortaya çıxmasına səbəb olur. Hətta Rotschild ailəsi ilə birlikdə bütün dünyanı idarə etdikləri belə konspiroloqlar tərəfindən yazılır.

Milli.Az pahoo.az-a istinadən bildirir ki, Devid Rokfeller haqqında isə internetdə yazılan bir iddia isə digərlərindən kəskin fərqlənir. 101 yaşlı biznesmenin bir əsrlik ömrü ərzinə 6 ürək, 3 böyrək, iki dəfə də qaraciyər nəqli keçirdiyi yazılırdı. Hətta onun "200 yaşına qədər yaşamaq istəyirəm" dediyi belə iddia olunurdu.

Ancaq bu iddia yalandır! İlk dəfə Amerikanın yumoristik əyləncə portalı The World News Daily Reportdə yazılan bu xəbər sürətlə bütün dünyaya yayılır. Bu əyləncə portalı özlərinin də qeyd etdiyi kimi real insanlar və hadisələrlə bağlı yumoristik xəbərlər hazırlayır.

2015-ci ildə yazılan bu "xəbər" iki il ərzində sosial şəbəkələrdə tez tez qarşımıza çıxırdı. Devid Rokfeller ölümünün ardından isə daha da çox adam tərəfindən paylaşılırdı.

Qısacası, Devid Rokfeller barədə tez-tez qarşımıza çıxan bu iddia heç bir fakta əsaslanmır. California Universitetinin ürək köçürmələri ilə bağlı açıqladığı hesabatlardan əldə olunan məlumatlarına əsasən, dörd dəfə ürək nəqli keçirən heç bir xəstə bir neçə aydan çox yaşamayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR