Bakıda avtomobil qəzası baş verib.
Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində “Ford” markalı mikroavtobus ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:17-də başa çatıb. Geri