Çində qatarlar 19 mərtəbəli binanın içərisindən keçir

Çində qatarlar 19 mərtəbəli binanın içərisindən keçir
23:08 25 Mart 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Çinin Çünisin şəhərində qatarlar 19 mərtəbəli yaşayış binasının içərisindən keçir.

Publika.az xəbər verir ki, bu barədə metropolitenin rəsmi məlumat mərkəzi xəbər yayıb.

Metropoliten sədri Nyan Syao şəhərdə həddən ziyadə çox yüksək mərtəbəli tikililərin olduğunu deyib: "Buna görə də yollar və ya dəmiryol xətləri üçün yer tapmaq böyük problemə çevrilib."

Metronun "Chongqing Rail Transit No.2" marşrutu ilə hərəkət edən qatarlar binanın 6 və 8-ci mərtəbələrinin arasındakı tuneldən keçir. Binanın daxilində yerləşən "Liziba Station" stansiyasında sərnişinlər birbaşa vaqonlara daxil olurlar.

Bina sakinləri qatarların səs-küyündən şikayətlənmirlər. Xüsusi quraşdırılmış avadanlıq səsi o qədər boğur ki, gələn səs paltaryuyan maşının səsindən fərqlənmir.

Çinin cənub-şərqində yerləşən Çunsin şəhərinin 49 milyon əhalisi var.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/192481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR