Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”

Sarkisyan Qarabağdan hədələdi: “İskəndər”dən istifadə edəcəyəm”
23:12 25 Mart 2017
213 Ölkə
Ölkə mətbuatı
A- A+

"Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, "İskəndər" komplekslərinin tətbiqi barədə əmr verəcək". Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu bu gün işğal olunmuş Dağlıq Qarabağda hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edərkən Ermənistan prezidenti Serj Sarkisyan deyib.

"Bu gün bizim oğlanlar düşmənin ərazisinin dərinliklərində onun hərəkətini izləyə bilirlər. Bu gün qonşumuzun ərazisinin bütün istiqamətləri üzrə ən vacib infrastrukturlara qədər müasir güclü zərbə qüvvəsi istiqamətlənib.

Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, "İskəndər" komplekslərinin tətbiqi barədə əmr verəcək", - Sarkisyan deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/529064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR