Belorus müxalifətinin mitinqi dağıdıldı - yüzlərlə həbs – FOTO/VİDEO

Belorus müxalifətinin mitinqi dağıdıldı - yüzlərlə həbs – FOTO/VİDEO
23:28 25 Mart 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün, martın 25-də Belorus müxalifəti paytaxt Minskdə Belorus Xalq Respublikasının yaradılmasının 99-cu ildönümü - Azadlıq günü ilə bağlı aksiya keçirməyə cəhd göstərib.

Lakin aksiyanın qarşısı alınıb və bu zaman 100-dən çox adam həbs edilib. Məlumata görə, həbs edilənlər arasında hüquq müdafiəçiləri və jurnalistlər, o cümlədən əcnəbilər var. Etiraz aksiyasının keçiriləcəyi barədə müxalifət əvvəlcədən anons etdiyi üçün paytaxtda təhlükəsizlik tədbirləri də yüksək səviyyədə hazırlanıbmış.

Məlumata görə, hətta Minsk küçələrinə zirehli avtomobillər çıxarılıbmış. Yerli hakimiyyət orqanları ilə razılaşdırılmayan mitinq başlayandan az sonra əraziyə OMON-çularla dolu maşınlar gəlib. Bundan sonra isə mitinqçilərə qarşı kortonlar qurulub. Jurnalistlərin sözlərinə görə, aksiya iştirakçılarının həbsi kobud və xaotik şəkildə həyata keçirilib. “Hamıya qarşı kobudluq edirdilər, fərq qoymurdular qızdır, ya oğlan”-şahid jurnalistlərdən biri deyib.

Bu gün ölkə müxalifəti prezident Aleksandr Lukaşenkonun 2015-ci ildə vergi qanunvericiliyi ilə əlaqədar imzaladığı fərmana qarşı “Qəzəbli belorusların marşı”nı keçirməyi də planlaşdırırmış.Ancaq ilk aksiya kimi, budəfəki yürüş-mitinq də baş tutmayıb /Musavat.com/.










Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR