Hindistan hərbi zavodda partlayış: 20 yaralı

Hindistan hərbi zavodda partlayış: 20 yaralı
23:42 25 Mart 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Madhya-Pradeş ştatının Hamariya şəhərində yerləşən hərbi zavodda silsilə partlayışlar baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, insident nəticəsində müəssisənin 20 əməkdaşı yaralanıb.
Bildirilir ki, ilk partlayış 125 millimetrlik tank əleyhinə mərmilərin göndərilməsi zamanı baş verib. Ardınca daha 30 güclü partlayış səsi eşidilib. Daha sonra zavodun müəssisələrində yanğın başlayıb. Nəticədə iki sex tamamilə məhv olub.
Partlayışların səbəbi məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR