Kraliça Yelizavettanın GİZLİ JESTLƏRİ

Kraliça Yelizavettanın GİZLİ JESTLƏRİ
23:52 25 Mart 2017
140 Maraqlı
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya kraliçası II Yelizaveta barədə çox sözlər deyilib və yazılıb.

Milli.Az faktxeber.com-a istinadən kraliçanın gizli jestləri barədə xəbər verəcək.
 
Bəzən II Yelizaveta müsahibləri ilə söhbətdən sıxılır və darıxır. Lakin etiket qaydalarına görə, kraliça onun sözünü kəsə, yaxud özündən uzaqlaşdıra bilməz. Kraliçanı bezdirici insanlardan xilas etmək üçün xüsusi kod hazırlanıb. Bunun üçün onu müşaiyyət edənlər sadəcə diqqətli olmalıdırlar.
 
Kraliçanın üzərində həmişə çantası olur. Əgər birdən o, çantasını əlindən əlinə keçirirsə, bu o deməkdir ki, dialoqu dayandırmaq istəyir. Bu zaman 1 dəqiqə ərzində lakey onun yanında peyda olur və məsələn, Kenterberi arxiyepiskopunun təcili onu görmək istədiyini deyir.
 
Söhbəti dayandırmaq və bununla heç kimin xətrinə dəyməmək üçün əla üsuldur.
 
Kraliça çantası ilə başqa bir işi də işarə edir. Əgər  onu müşaiyyət edənlərdən kimsə II Yelizavetanın çantanı masanın üzərinə qoyduğunu görürsə, bu o, deməkdir ki, kraliça məsclisi tərk etmək istəyir, kareta hazırlanmalıdır.
Kraliçanın gizli jestləri arasında həyəcan siqnalı da var. Əgər o, barmağındakı üzüyü oynadırsa, bu o deməkdir ki, onu dərhal xoş olmayan söhbətdən, hətta  ərazidən uzaqlaşdırmaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/528677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR