Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - VİDEO

Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - VİDEO
23:57 25 Mart 2017
164 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türk izləyicilər Yutub şəkəbəsinə yerləşdirilən "Leyli və Məcnun" filmimizi şikayət edib, filmin bloklanmasına səbəb olublar.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Vikipediyada Azərbaycan kino sənəti portalının, eləcə də Yutub şəbəkəsində "Azərbaycan kinosu" kanalının yaradıcısı Vüsal Ağayev məlumat verib. O qeyd edib ki, 1973-cü ildə çəkilən "Yunus Əmrə" adlı türk filmində 1961-ci ildə çəkilmiş Lətif Səfərovun "Leyli və Məcnun" filmindəki kadrlardan istifadə olunub:

"Yunus Əmrə" adlı türk film var. 1973-cü ildə çəkilib, hətta mükafatlar da alıb. Amma filmdə 1961-ci ildə çəkilmiş Lətif Səfərovun "Leyli və Məcnun" filmindəki kadrlardan istifadə edilib. İndi türk filmlərini yerləşdirən "Fanatik film" Yutub kanalı bizim filmdən kadrların oğurlanıb istifadə edilməsinə rəğmən, "Leyli və Məcnun"u şikayət edib və film mənim kanalımda bloklanıb. Nə qədər ki, "Azərbaycanfilm" kinostudiyası öz rəsmi, yüksək keyfiyyətli kanalını açıb öz filmlərinin müəllifliyini qorumayacaq, belə hallar baş verəcək. Mən də məcbur oldum həmin kadrları filmdən çıxarıb bir daha yerləşdirdim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR