Ermənistan prezidenti:

“Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, “İskəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”.

Metbuat.az bildirir ki, bunu bu gün işğal olunmuş Dağlıq Qarabağda hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edərkən Ermənistan prezidenti Serj Sarkisyan deyib.

“Bu gün bizim oğlanlar düşmənin ərazisinin dərinliklərində onun hərəkətini izləyə bilirlər. Bu gün qonşumuzun ərazisinin bütün istiqamətləri üzrə ən vacib infrastrukturlara qədər müasir güclü zərbə qüvvəsi istiqamətlənib.

Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, “İskəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək”, - Sarkisyan deyib. // Virtualaz.org



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR