Bu telefonu alıb bəyənməyən geri qaytaracaq

Bu telefonu alıb bəyənməyən geri qaytaracaq
01:53 26 Mart 2017
Ölkə mətbuatı
A- A+

Martın 29-da “Samsunq” yeni telefonu Qalaksi S8-i bazara çıxaracaq.

Publika.az xəbər verir ki, şirkət yeni telefonu ilə alıcılarına inanılmaz bir təklif də edəcək.

Belə ki, bu telefonu alıb peşman olanlar onu 3 ay ərzində geri qaytara biləcək. Ən azından “The İnvestor”un Koryadakı mənbələri belə məlumat yayıb.

Əgər yayılan məlumat doğru olsa, bu alıcılar üçün inanılmaz bir fürsət olacaq. Satıcıların əksəriyyətinin telefonun geri qaytarılması üçün bir neçə gün və ya həftə müəyyən etməsini nəzərə alsaq, “Samsung”un bu təklifi xeyli maraqlı görünür. Əlbəttə, bu jestin Qalaksi Note 7-nin alıcılarda yarandığı mənfi düşüncəni aradan qaldırmaq üçün atılan bir addım olması da istisna edilmir.

Xatırladaq ki, Qalaksi Note 7 dünyanın müxtəlif ölkələrində istifadə zamanı partlaması şirkətin nüfuzuna xeyli zərər vurmuşdu.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/192523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR