Tovuzda yol qəzası - Xəsarət alanlar var

Tovuzda yol qəzası - Xəsarət alanlar var
09:17 26 Mart 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Tovuz rayonunda yol qəzası nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, Tovuz rayon Yanıqlı kənd sakini, 1989-cu il təvəllüdlü, Ələkbərov Telman Eldar oğlunun idarə etdiyi avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, Tovuz rayon Köhnə Qala kənd sakini, 1995-ci il təvəllüdlü, İsmayılov Elvin Rafiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/529080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR