Tarixdə bu gün: 26 mart

Tarixdə bu gün: 26 mart
09:18 26 Mart 2017
168 Digər
Ölkə mətbuatı
A- A+

1998-ci il. Ulu öndər Heydər Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzalayıb.

1910-cu il. Yazıçı, dramaturq, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Sabit Rəhmanın doğum günü (1910-1970). Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc etdiyi felyetonlarla başlayıb. O, dünyaca məşhur "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl baleti”nin librettosunun müəllifidir. Tanınmış bəstəkar Emin Sabitoğlunun atasıdır.

1910-cu il. Xalq Artisti Ələsgər Ələkbərovun doğum günü (1910-1963). Yaratdığı iki obraz - Vaqif və Otello yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan obrazlar yaradıb.

2003-cü il. Marsın ərazisində donmuş dəniz aşkar edilib. Alimlərin fikrincə beş milyon il bundan əvvəl bu sahə sular altında qalıb. Qırmızı planet deyə adlandırılan bu göy cismində nə vaxtsa həyatın olub-olmaması hələ də alimləri düşündürür.

2006-cı il. “Odnoklassniki” sosial şəbəkə fəalıyyətə başlayıb. Hazırda bu saytı sutkada 40 milyon istifadəçi izləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/192531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR