"Əl-Qaidə"nin məşhur döyüşçüsü öldürüldü

"Əl-Qaidə"nin məşhur döyüşçüsü öldürüldü
10:05 26 Mart 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda "Əl-Qaidə" terror təşkilatının məşhur döyüşçüsü məhv edilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"ABŞ Müdafiə Nazirliyi təsdiq edir ki, Amerika Hərbi Hava Qüvvələrinin döyüşçüləri bombalaması nəticəsində martın 19-da Paktika əyalətində "Əl-Qaidə"nin məşhur terrorçusu Kari Yasin məhv edilib. O, iki Amerika hərbi qulluqçusunun həlak olmasına görə məsuliyyət daşıyır", - Pentaqon bildirib.
Pentaqonun məlumatına görə, Pakistan sakini Yasin 2008-ci il sentyabrın 20-də İslamabadda "Mariott" mehmanxanasında partlayışa cəlb olunub. Amerika hərbçiləri həmin partlayışda həlak olublar.
Bundan başqa, Pentaqon qeyd edir ki, o, 2009-cu ildə Pakistanın Lahor şəhərində Şri-Lankadan olan kriket komandasının olduğu avtobusa hücumda iştirak edib. Hücumda altı polis və iki mülki vətəndaş həlak olub, komandanın altı üzvü yaralanıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR