Dramaturq Firuz Mustafa Yutub sosial platformasında başına gələnlərdən şikayət edib.
Publika.az xəbər verir ki, o bu barədə feysbuk hesabından status paylaşıb.
"Çox maraqlı bir məsələ ilə qarşılaşmışam. Deməli, məsələ belədir: son vaxtlar pyeslərim əsasında müxtəlif teatrlarda müxtəlif dövrlərdə hazırlanmış pyeslərimi Yutubda yerləşdirmək fikrinə düşmüşəm. Mənim elə əsərlərim var ki, pontomim xarakterlidir; yəni tamaşa boyu hadisələri musiqi təqib edir. İndi bir fikir verin. Teatrların birində oynanılmış “Qarışqa tələsi” pyesimdə tamaşa boyu Qara Qarayevin və Vaqif Mustafazadənin musiqi əsərlərindən istifadə olunub.
Yəni rejissor haqlı olaraq öz bəstəkarlarımıza müraciət edib.
Xub. Amma məsələ burasındadır ki, həmin əsər Yutuba qoyulan zaman
musiqi səsi birdən “xırp” kəsildi. Sən demə, hansısa beynəlxalq
şirkət həmin musiqilərə sahiblik edirmiş və əsər internet
səhifəsinə yerləşdirilən kimi avtomatik “silinirmiş”. Bir az başqa
cür desəm, həmin şirkət istədiyi (və ya istəmədiyi) musiqinin
səslənməsinə istənilən zaman embarqo qoymaq hüququna malik imiş.
Sözün qısası, vaxtilə teatrda musiqinin müşayiəti ilə oynanılan
əsər internetdə “səssiz” göstərilməli oldu. Bütün bunlar öz
yerində. Barı heç olmasa görəsən bizim o məşhur bəstəkarların
musiqisinin “keşiyində dayanan”, yəni müəllif hüquqlarını qoruyan
şirkətlərin sahibləri özümüzünkülərdirmi?"