Saatların bəzi mobil qurğularda 1 saat irəli çəkilməsi çaşqınlıq yaradıb

Saatların bəzi mobil qurğularda 1 saat irəli çəkilməsi çaşqınlıq yaradıb
10:13 26 Mart 2017
522 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün, martın 26-sı bəzi mobil cihazlarda saatlar avtomatik olaraq irəli çəkilib. Bu da bir çoxlarında haqlı olaraq çaşqınlıq yaradıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.

Ötən il, Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edildi və müvafiq olaraq ötən il oktyabrın 30-da ölkə ərazisində qış vaxtına keçid baş vermədi.

Qərarın verilməsindən bir il keçməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də bəzi mobil qurğularında ötən gecə saatlar avtomatik olaraq 1 saat irəli çəkilib.

Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində "Vaxtın şəbəkədən avtomatik təyin edilməsi" və "Vaxt zonasının avtomatik təyin edilməsi" imkanlarını seçilməməsi səbəb olub.

Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür.

Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən "avtomatik vaxt zonasının seçilməsi" imkanını aktivləşdirmək lazımdır.

Bildirək ki, rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib, sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir. (ecofin.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/192539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR