Azərbaycan Almaniyaya qarşı

Azərbaycan Almaniyaya qarşı
10:23 26 Mart 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşacaq.

Maraqla gözlənilən oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Azərbaycan seçməsinin start heyəti bəlli olub.

Qapıçı: Kamran Ağayev

Müdafiəçilər: Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev

Yarımmüdafiəçilər: Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov

Hücumçu: Ramil Şeydayev

Bugünkü görüş Azərbaycan və Almaniya milli komandalarının 5-ci dueli olacaq. 2010-cu il dünya və 2012-ci il Avropa çempionatlarının seçmə mərhələləri çərçivəsində baş tutan matçlarda almanlar üstün tərəf olublar. Həmin dönəmdə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığması rəqibə müvafiq olaraq, səfərdə 0:4 və 1:6, evdə isə 0:2 və 1:3 hesabı ilə uduzub.

2012-ci il Avropa çempionatının seçmə mərhələsində Almaniya yığması ilə səfər oyununda Vaqif Cavadov, Bakıdakı matçda isə Murad Hüseynov fərqləniblər. Lakin sözügedən hücumçular artıq Azərbaycan milli komandasına dəvət almırlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/192540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR