Bakıda alman futbolçulara görə İZDİHAM - VİDEO

Bakıda alman futbolçulara görə İZDİHAM - VİDEO
11:23 26 Mart 2017
153 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları qarşılaşacaq.

Matçdan bir gün öncə Bakıya təşrif buyuran Almaniya yığması məşhur otellərdən birində qonaqlayıb. Alman futbolçuları görmək və onlardan imza almaq istəyən azarkeşlər isə otelin qarşısına toplaşıb.

Maraqlısı ondadır ki, Almaniya yığmasını dəstəkləyənlər arasında azərbaycanlılar daha çox olub. Futbolçularla şəkil çəkdirmək istəyən azarkeşlər izdiham yaradıb. Polislər futbolsevərlərin qarşısını almaqda çətinlik çəkib. Alman futbolçu Emre Can imza vermək üçün polisdən yardım istəyib. Daha sonra polisin çiynində imza verən futbolçu yığmanın avtobusuna yollanıb.

Həmin görüntüləri təqdim edirik:

(BAKU.WS)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/192545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR