Avstraliya sahillərinə güclü tropik qasırğa yaxınlaşır

Avstraliya sahillərinə güclü tropik qasırğa yaxınlaşır
11:42 26 Mart 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliya sahillərinə "Debbi" tropik qasırğası yaxınlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Brisbane Times" qəzeti məlumat yayıb.
 
Kvinslend ştat hakimiyyəti əhalini sahilyanı rayonları müvəqqəti tərk etməyə çağırıb. Bu rayonlarda əhalinin evakuasiyasına kömək etmək üçün mindən çox xilasedici və hərbçi göndərilib.
 
Hazırda "Debbi" qasırğası Avstraliya sahillərindən 500 km uzaqlıqdadır və materikə doğru irəliləyir. Meteoroloqlar qasırğanın gücünün 5 güc kateqoriyası çərçivəsində ikinci kateqoriyada olduğunu, ancaq yaxın sutkada qasırğanın gücünün dördüncü, hətta beşinci kateqoriyaya yüksələ biləcəyini proqnozlaşdırırlar. "Debbi" qasırğasının martın 28-də səhər saatlarında Avstraliya sahillərinə çatacağı proqnozlaşdırılır.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR