Avstraliya Qran-prisinin qalibi bəlli oldu

Avstraliya Qran-prisinin qalibi bəlli oldu
11:57 26 Mart 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

"Ferrari" komandasının pilotu Sebastyan Fettel Avstraliya Qran-prisində ("Formula-1" çempionatının yeni mövsümünün birinci mərhələsində) qələbə qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Melburn şəhərində keçirilən yarışmada Alman S. Fettel 1 saat 24 dəqiqə 11,670 saniyə nəticəsi ilə birinci pillədə, ikinci pillədə "Mersedes" komandasının pilotu Luis Hemilton (+9,975 saniyə), üçüncü pillədə isə "Mersedes" komandasının pilotu Valtteri Bottas (+11,250 saniyə) yer alıblar.

İlk onluqda həmçinin aşağıdakı pilotlar yer alıb:

4. Kimi Raykkonen, "Ferrari" (+22,393);

5. Maks Ferstappen, "Red Bull" (+28,827);

6. Felipe Massa, "Williams" (+1.23,386);

7. Serxio Peres, "Force İndia" (+1 kruq);

10. Esteban Okon, "Force İndia" (+1 kruq).).

Qeyd edək ki, "Formula-1" çempionatının ikinci mərhələsi Çində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR