Suriyalı baş məşqçi hər kəsi ağlatdı

Futbol üzrə Suriya milli komandasının baş məşqçisi Ayman Hakeem Özbəkistan futbolçularını 1-0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Metbuat.az bildirir ki, qələbəni Suriya xalqına həsr etdiklərini deyən baş məşqçi, ölkədəki çətin günlərə baxmayaraq, komandasının uğurlarının insanları azacıq da olsa problemlərdən uzaqlaşmağa kömək etdiyini söyləyib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 8-ə yüksəldən Suriya milli komandası qrupdakı mövqeyini möhkəmləndirib.

Orxan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR