Ture: "Müdafiəyə yönəlik futbol oynamaq xoşuma gəlmir"

Ture: "Müdafiəyə yönəlik futbol oynamaq xoşuma gəlmir"
12:37 26 Mart 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester City"nin yarımmüdafiəçisi Yaya Ture komandanın hücum futbolu oynamasından razılığını ifadə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli havbek klubun rəsmi saytına açıqlamasında bu barədə danışıb.

"Hər birimiz hücumameyilli oynamaq istəyirik. Müdafiəyə yönəlik futbol oynamaq xoşuma gəlmir. Bu çətindir. Həqiqətən futbolu sevən insan müntəzəm müdafiə olunmaqdan əsəbləşir. "Manchester City"nin hazırki tərzi ən yaxşı tərzdir. Əlbəttə, qalib gəlmək üçün əlimizdən gələni etməli oluruq. Hər oyunda bir neçə real qol imkanı əldə edirik".

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR