Azərbaycanda 21 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda 21 dərəcə isti olacaq - PROQNOZ
12:49 26 Mart 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Martın 27-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah yarımadada havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi  axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti,  gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  756 mm civə sütunu  təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85%, gündüz  60-65%  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da martın 27-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, lakin  axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR