300 minədək toyuq məhv edildi - TƏHLÜKƏ

300 minədək toyuq məhv edildi - TƏHLÜKƏ
13:05 26 Mart 2017
238 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Miyaqi və Çiba prefekturalarında aşkar edilən H5 quş qripi virusu səbəbindən 300 minədək toyuq məhv edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumatda qeyd edilir ki, virus tələf olmuş toyuqlarda aşkarlanıb.

Ötən ilin sonlarında Yaponiyada quş qripi virusunun yayılmasının qarşısını almaq üçün bir milyonadək toyuq və ördək məhv edilmişdi. Məhv edilən quşların sayının çoxluğu nəzərə alınaraq, əməliyyata özünümüdafiə qüvvələrinin hərbi hissələri də cəlb olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR