Blind: "Ağ bayraq qaldırmaq hələ tezdir"

Blind: "Ağ bayraq qaldırmaq hələ tezdir"
13:17 26 Mart 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya əvvəlki səviyyəsinə qayıtmaqda çətinlik çəkir. "Narıncılar" 2018 DÇ seçmə mərhələsində ötən gün səfərdə Bolqarıstana 2 cavabsız qolla uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Denni Blind bunları deyib:

"Oyunun əvvəlində niyə zəif oynadığımızı başa düşə bilmirəm. Demək olar ki, bir qol epizodu beə yarada bilmədik. Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. De Liqti əsas heyətdə meydana buraxmalı deyildim. Düşünmək lazımdır. Ağ bayraq qaldırmaq hələ tezdir. Bu oyundan əvvəl pozitiv düünürdüm. Deyəsən, güzgüdə özümə baxmalıyam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR