Bu gündən mazut gömrük rüsumundan azad edilib

Bu gündən mazut gömrük rüsumundan azad edilib
13:47 26 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu, Nazirlər Kabineti bu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklikdə əksini tapıb.
 
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.
 
Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/529121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR