Mazut gömrük rüsumundan azad edildi

Mazut gömrük rüsumundan azad edildi
14:08 26 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır.

Bu, Nazirlər Kabineti bu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/192561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR