Bakıda qadın ağır qəza törətdi: sərnişin avtobusu çevrildi - FOTO

Bakıda qadın ağır qəza törətdi: sərnişin avtobusu çevrildi - FOTO
14:12 26 Mart 2017
194 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında Qaradağ rayonu ərazisində - Sədərək Ticarət Mərkəzi qarşısındakı Astara-Bakı istiqamətindəki magistral yolunda qəza baş verib. 

Milli.Az bildirir ki, bu barədə turkustan.info-nun hadisə yerində olan müxbirinin xəbərinə görə "Ford" markalı sərnişin daşıyan avtomobil ilə "Mercedes-Benz" minik avtomobili tək tərəfli yolda toqquşublar. 

Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım nümayəndələri hər iki avtomobildə ağır yaralanan sərnişinləri çıxararaq xəstəxanaya aparıblar. 

Toqquşma nəticəsində çevrilərək aşan "Ford" markalı sərnişin daşıyan avtomobilin içindəki sərnişinlər daha ağır xəsarət alıblar. 

Hadisə Mercedes avtomobilinin təhlükəli ötmə əməliyyatı nəticəsində baş verib. Avtomobilin sürücüsü qadın olub.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/529126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR