Berluskonidən Donarumma ilə bağlı AÇIQLAMA

Berluskonidən Donarumma ilə bağlı AÇIQLAMA
14:27 26 Mart 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" yetirməsi Canluici Donnarummanı bu mövsüm heç bir komandaya satmayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Silvio Berluskoni 18 yaşlı qolkiperi heç bir məbləğə satmayacaqlarını bildirib:

"O, bizim ən möhtəşəm yetirmələrimizdən biridir. Donnarumma klubumuzun formasına və rənglərinə ürəkdən bağlı insandır. Onu heç bir komandaya satmayacağımıza sizi əmin edirəm. Heç bir məbləğ Donnarummanı bizdən ayıra bilməz".

Qeyd edək ki, gənc futbolçunun xidmətində bir çox klublar maraqlıdır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR