Kamran Ağayevə qeyri-adi hədiyyə

Futbol üzrə milli komandamızın qapıçısı Kamran Ağayevə qeyri-adi hədiyyə təqdim edilib.

Metbuat.az bildirir ki, Offise.com.az futbol üzrə milli komandamızın təlim-məşq bazasına baş çəkərək qolkiperimiz Kamran Ağayevə hədiyyə təqdim edib.

Almaniya ilə oyundan əvvəl qapıçımızın əhval-ruhiyyəsini yüksəltmək üçün Ağayevə xüsusi olaraq hazırlanan heykəl və Offside səhifəsinin hazırladığı “caps” təqdim olunub.

Qeyd edək ki, heykəl “Yadigar dayı” emalatxanası tərəfindən hazırlanıb.

Sonda Offside səhifəsinin adminləri milli komandamıza uğurlar arzulayıb, Kamran Ağayev isə öz növbəsində hədiyyə üçün təşəkkür edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR