Qəhrəman və cani DAHİLƏR - ARAŞDIRMA

Qəhrəman və cani DAHİLƏR - ARAŞDIRMA
15:43 26 Mart 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Araşdırmalar Argentina, Pakistan, Cənubi Koreya, İtaliya və ABŞ da daxil olmaqla, 37 ölkədən orta yaş həddi 23 olmaqla 7000 tələbənin fikrinə əsasən qeydə alınıb. Onlar dünyanın ən tanınmış və mühüm ictimai-siyasi xadimlərini müəyyənləşdiriblər.

Adolf Hitler Usame bin Laden və kiçik Corc Buşdan sonra dünyada ən əxlaqsız və ən qəddar biri kimi tarixə düşüb.

Ən son araşdırmalar onu göstərir ki, mənfur siyasi fiqurlar içərisində Adolf Hitler Lenini, Stalini geridə qoyub.

Albert Enşteyn dünyada Tereza ananı, Martin Lüter Kinqi və hatta İsa Peyğəmbəri geridə qoyaraq tarixdə qəhrəman adına layiq ən əsas simalardan hesab olunub.

Sorğunun nəticələri gözlənilməz olub. Belə ki, kiçik Corc Buş dünyada diktatorlar arasında ən mənfurları sırasında dəyərləndirilib. Sorğu müəllifləri hesab edirlər ki, qəribə nəticələrə "zamanın təsiri" var. Nəzərə alsaq ki, Çingizxan və Stalinin dövründə yaşananlar daha acımasız və daha qədim tarixə dayanır gənclərin yaxın keçmişdəki prezidentlərin fəaliyyətlərini qiymətləndirmələrini anlamaq olar.

Daha sonra tələbələrdən keçirilən sorğunu mənfi və ya müsbət hadisələr fonunda 10 ballıq sistem ilə dəyərləndirmələri xahiş olunub. Tələbələrin qiymətləndirməsinə əsasən, reytinqi alimlər və azadlıq uğrunda mübarizə aparan insanlar tutub.

10 baş qəhrəman arasında Маhаtmа Qandi, İsaak Nyuton, Budda və Avraam Linkoln yer alıb.

10 baş canilər sırasında isə Çingizxan, Mao, Lenin,Stalin və T.Şixuandi yer alıb.

1.Qəhrəman: Albert Eynşteyn. Cani: Adolf Hitler.

2. Qəhrəman: Tereza Ana. Cani: Usame bin Laden.

3. Qəhrəman: Маhаtmа Qandi. Cani: Səddam Hüseyn.

4. Qəhrəman: Martin Lüter Kinq. Cani: Kiçik Corc Buş.

5. Qəhrəman: İsaak Nyuton. Cani: İosif Stalin.

6. Qəhrəman: İsa Məsih. Cani: Mao.

7. Qəhrəman: Nelson Mandela. Cani: Vladimir Lenin

8. Qəhrəman: Tomas Edison. Cani: Çingizxan.

9. Qəhrəman: Abraham Linkoln. Cani: Saladin.

10. Qəhrəman: Budda. Cani: T. Şixuandi

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/192564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR