Türkiyə ordusu PKK-ya qarşı ƏMƏLİYYAT keçirdi: 14 terrorçu öldürüldü

Türkiyə ordusu PKK-ya qarşı ƏMƏLİYYAT keçirdi: 14 terrorçu öldürüldü
15:58 26 Mart 2017
152 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə təhlükəsizlik qüvvələri 14 PKK terrorçusunu zərərsizləşdirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən axşam saatlarında pilotsuz təyyarə vasitəsi ilə Tunceli rayonunun Qutu dərəsi bölgəsində bir qrup PKK terrorçusu aşkarlanıb.

Bu gün səhər saatlarında hərbi vertolyotların da iştirakı ilə xüsusi əməliyyat keçirilib və 14 terrorçu öldürülüb. Əməliyyat zamanı bir əsgər yaralanıb.

Məhv edilən PKK terrorçularının tez-tez Tuncelidə yol kəsib, avtomobilləri yandıran qrupun üzvü olduqları bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR