Türkiyədə xüsusi əməliyyat: xeyli terrorçu öldürüldü

Türkiyədə xüsusi əməliyyat: xeyli terrorçu öldürüldü
16:09 26 Mart 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə təhlükəsizlik qüvvələri 14 PKK terrorçusunu zərərsizləşdirib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında pilotsuz təyyarə vasitəsi ilə Tunceli rayonunun Qutu dərəsi bölgəsində bir qrup PKK terrorçusu aşkarlanıb.

 

Bu gün səhər saatlarında hərbi vertolyotların da iştirakı ilə xüsusi əməliyyat keçirilib və 14 terrorçu öldürülüb. Əməliyyat zamanı bir əsgər yüngül yaralanıb.

 

Məhv edilən PKK terrorçularının tez-tez Tuncelidə yol kəsib, avtomobilləri yandıran qrupun üzvü olduqları bildirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR