Futbolun vaxtı dəyişdi - 23.45-də yox...

Futbolun vaxtı dəyişdi - 23.45-də yox...
18:27 26 Mart 2017
134 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün səhərdən etibarən Azərbaycanla Avropa arasında saat fərqi yenidən 2-yə enib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunduğundan bugündən əqrəb 1 saat irəli çəkilməyib.

Bu səbəbdən martın 26-sı səhərdən başlayaraq, oktyabrın sonuncu bazar gününə qədər Avropa ölkələri ilə Azərbaycan arasında 2 saatlıq fərq olacaq. Bu isə o deməkdir ki, mühüm futbol oyunlarının başlama saatı da dəyişəcək.

Məsələn, UEFA Çempionlar Liqasının matçları mart-oktyabr aylarında Bakı vaxtı ilə əvvəlkitək saat 23.45-də deyil, 22.45-də, Avropa Liqasının görüşləri saat 22.00 və 00.05-də yox, 21.00 və 23.05-də başlanacaq.

Azərbaycanda yay və qış vaxtına keçid ləğv edildiyindən DÇ-2018-in bugünkü bəzi oyunları da 23.45-də deyil, Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR