Ukraynada vertolyot qəzaya uğradı

Ukraynada vertolyot qəzaya uğradı
20:18 26 Mart 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Ukrayna Silahlı Qüvvələrinin “Mi-2” hərbi vertolyotu Kramatorsk şəhəri yaxınlığında, Malinovka qəsəbəsində qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Əməliyyat Mərkəzinin “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

İlkin versiyaya əsasən, vertolyot elektrik xəttinə çırpılma nəticəsində yerə düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Ölənlərin sayı barədə məlumat verilməsə də, meyitlərin evakuasiyasının aparıldığı bildirilib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR